...

Əflatun Amaşov Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısında məruzə edib

Cəmiyyət Materials 10 Oktyabr 2014 18:53 (UTC +04:00)
Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısı başa çatıb. Belçikanın paytaxtı Brüsseldə baş tutmuş tədbirdə Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak ediblər.
Əflatun Amaşov Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısında məruzə edib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısı başa çatıb. Belçikanın paytaxtı Brüsseldə baş tutmuş tədbirdə Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak ediblər.

Şuradan Trend-ə verilən məlumata görə, MŞ sədri Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, ötən bir il ərzində gördüyü işlər barədə məruzə edib. O, çıxışında Şuranın şikayətləri araşdırması təcrübəsindən söz açıb, ölkəmizdə internet media sahəsindəki meyillərə və onların MŞ-nin iş prinsiplərinə təsirinə diqqət yetirib, iştirakçıların suallarını cavablandırıb.

30-dan çox ölkədən nümayəndələrin qatıldığı toplantıda Avropada fəaliyyət göstərən Mətbuat şuralarının özünütənzimləmə tədbirləri ətrafında müzakirələr olub, həmçinin Alyansın gələcək perspektivi, strukturunun təkmilləşdirilməsi məsələlərinə toxunulub.

Növbəti belə tədbirin Avstriyada təşkili qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti