...

Nuşirəvan Məhərrəmli: Televiziya və radio kanallarında olan nöqsanlar daha çox reklamla və sponsorlarla bağlıdır

Cəmiyyət Materials 21 Oktyabr 2014 15:20 (UTC +04:00)
Azərbaycanda televiziya və radio kanallarında olan nöqsanlar daha çox reklamla və sponsorlarla bağlıdır. Bu barədə Trend-ə müsahibəsində MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.
Nuşirəvan Məhərrəmli: Televiziya və radio kanallarında olan nöqsanlar daha çox reklamla və sponsorlarla bağlıdır

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda televiziya və radio kanallarında olan nöqsanlar daha çox reklamla və sponsorlarla bağlıdır. Bu barədə Trend-ə müsahibəsində MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli qeyd edib ki, bu nöqsanlar da televiziya kanallarının rəhbərlərinin diqqətinə çatdırılır: "Bəzən televiziya kanalları həmin nöqsanları aradan qaldırıb yenidən edirlər. Ona görə də biz daim televiziya kanalları ilə işləyirik. Hal-hazırda televiziya və radio kanallarında ciddi qanun pozuntuları yoxdur".

MTRŞ sədri əlavə edib ki, televiziya kanallarında şou xarakterli verilişlərlə bağlı ictimaiyyətin haqlı narazılıqları var: "Biz də onlara qoşuluruq və bu barədə dəfələrlə demişik. Bilirsiniz ki, özəl kanalların fəaliyyəti daha çox reklam üzərində qurulur. Ona görə də onlar daim çalışırlar ki, daha çox gəlir əldə etmək üçün bu tip verilişlərə üstünlük versinlər".

N.Məhərrəmli qeyd edib ki, ancaq əgər reklam haqqında qanunvericilik kobud şəkildə pozulursa, təbii ki, o zaman Milli Televiziya və Radio Şurası onlara qarşı ciddi tədbir görür: "Yox əgər reklam haqqında qanunvericiliyin pozuntusu nisbətən az olursa, o zaman məsələ danışıq yolu ilə həll olunur. Təsəvvür edin, reklam haqqında qanunvericiliyin pozuntusu yarım dəqiqə, bir dəqiqə və yaxud 5 dəqiqə ərzində olur. Bunlar fərqlidir. Bəzən biz televiziya və radio kanallarına bu barədə şifahi məlumat veririk, onlar da bunun üzərində işləyirlər. Amma bir də baxırsan ki, bir aydan sonra həmin qanun pozuntusu yendən baş verir. Və onda biz lazımi tədbirlər görürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti