...

Sel və daşqınlar İran Astarasında məktəblərə ziyan vurub

Cəmiyyət Materials 27 Oktyabr 2014 13:04 (UTC +04:00)
İranın Azərbaycanla sərhəddə yerləşən Astara şəhərində sel və daşqınlar 3 məktəbin sular altında qalmasına səbəb olub.
Sel və daşqınlar İran Astarasında məktəblərə ziyan vurub

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Azərbaycanla sərhəddə yerləşən Astara şəhərində sel və daşqınlar 3 məktəbin sular altında qalmasına səbəb olub, dərslər dayandırılıb. Trend-in İSNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Astara şəhər təhsil şöbəsinin rəisi Məhəmməd Cəfər Haşimi bildirib.

Onun sözlərinə görə, ötən gün yağan güclü yağışlar nəticəsində Astara şəhərinin ətrafındakı çaylar daşıb və şəhərin müxtəlif bölgələrində məktəb və evlər su altında qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti