...

"Zeytun bağları" hər kəsi ağac əkməyə səsləyir (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2014 15:56
“Zeytun bağları” hər kəsi ağacəkmə aksiyalarına dəstək verməyə səsləyir.
"Zeytun bağları" hər kəsi ağac əkməyə səsləyir (FOTO)

Trend-i buradan izləyin

"Azərsun Holdinq" şirkətinə məxsus "Zeytun bağları" markası ənənəsinə sadiq qalaraq növbəti sosial aksiya reallaşdıracaq.

Ətraf mühitin mühafizəsini prioritet məsələlərdən hesab edən marka Nizami rayonunda ağacəkmə kampaniyası keçirəcək. Hər kəs tərəfindən yüksək rəğbətlə qarşılanan bu milli markamız hər kəsi bu cür aksiyalara yaxından dəstək verməyə səsləyir.

Həyətdə əkilmiş bir zeytun ağacı ekologiyaya göstərilmiş müsbət təsirlə bərabər həm də ölkəmizdə zeytunçuluğun inkişafına verilmiş bir töhfədir.

"Zeytun bağları" öz istehlakçılarını yaşadığı ərazilərdə zeytun ağacları əkməyə səsləyir və hər kəsdən bu mövsüm yeni zeytun ağaclarına can verməyi xahiş edir.

Qeyd edək ki, Azərbaycan zeytununu ölkəmizin hüdudlarından kənarda da sevdirən "Zeytun bağları" son mövsüm ərzində Xəzər, Binəqədi rayonları və digər ərazilərdə minlərlə zeytun ağacının əkilməsini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti