...

Ulyanovskda orta məktəbə ümummilli lider Heydər Əliyevin adı verilib

Cəmiyyət Materials 15 Dekabr 2014 18:53 (UTC +04:00)
Ulyanovskda orta məktəbə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib.
Ulyanovskda orta məktəbə ümummilli lider Heydər Əliyevin adı verilib

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Ulyanovsk şəhər Administrasiyasının 9 dekabr 2014-cü il tarixli qərarına əsasən, büdcədən maliyyələşdirilən bələdiyyə tədris müəssisəsinə (BBTM) - 78 nömrəli orta ümumtəhsil məktəbinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib. Bu barədə Trend AzərTAc-a istinadən məlumat verir.

Bu əlamətdar hadisə Azərbaycan hökuməti ilə Ulyanovsk vilayəti hökuməti arasında millətlərarası dostluq münasibətlərinin inkişafında növbəti addımdır.

2009-cu ildə Ulyanovskda Heydər Əliyevə abidə ucaldılıb və onun adını daşıyan meydan yaradılıb. Şəhərdəki 78 nömrəli məktəbdə Azərbaycan Milli Mədəniyyət Muzeyi açılıb. Burada Azərbaycan dili bazar günü məktəbi fəaliyyət göstərir. 2010-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu tədris müəssisəsində xeyriyyəçilik layihəsi həyata keçirilib, məktəb əsaslı təmir edilib.

Ulyanovsk şəhər rəhbərliyi yuxarıda deyilənləri nəzərə alaraq və Azərbaycan Respublikası rəhbərliyinin bu şəhərin mədəni, sosial və iqtisadi həyatına töhfəsini yüksək qiymətləndirərək, 78 nömrəli məktəbə Heydər Əliyevin adının verilməsini qərara alıb.

Əlamətdar haldır ki, 78 nömrəli orta ümumtəhsil məktəbi büdcədən maliyyələşdirilən bələdiyyə tədris müəssisəsinə Heydər Əliyevin adının verilməsi haqda qərar ulu öndərin anım günü ərəfəsində qəbul edilib. Bu fakt ümummilli liderin xatirəsinə dərin ehtiramın və Azərbaycan xalqına hörmətin sübutudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti