...

Azərbaycan əhalisinin icbari tibbi dispanserizasiyasına start verildi

Cəmiyyət Materials 3 Fevral 2015 19:02 (UTC +04:00)
Səhiyyə Nazirliyi tərəfindən “Sağlamlıq ayı” elan olunaraq, əhalinin icbari tibbi dispanserizasiyasına start verilib.
Azərbaycan əhalisinin icbari tibbi dispanserizasiyasına start verildi

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Səhiyyə Nazirliyi tərəfindən "Sağlamlıq ayı" elan olunaraq, əhalinin icbari tibbi dispanserizasiyasına start verilib.

Trend nazirliyə istinadən məlumat verir ki, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, müalicəsi, profilaktikası, fəsadlarla mübarizə sahəsində keyfiyyət standartlarının çatdırılması məqsədi ilə artıq ənənəvi olaraq ölkəmizdə "Sağlamlıq aylığı" həyata keçirilir.

28.01.2015-ci il tarixində səhiyyə nazirinin müavini N.Əliyeva "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə" sərəncam imzalayıb. Sənəddə Azərbaycan Respublikası Prezidentinin tapşırığını rəhbər tutaraq 2015-ci il fevral ayının 1-dən mart ayının 31-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi Tibbi Yardımın Təşkili şöbəsinə (TYTŞ) tapşırılır. Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasının şəxsi nəzarətə götürülməsi, qeyd olunan müddət ərzində görülmüş işlər barədə məlumatların hər 10 gündən bir və yekun məlumatın Səhiyyə Nazirliyinə təqdim edilməsi haqqında tapşırıqlar da sərəncamda öz əksini tapıb.

Bu münasibətlə, ilk olaraq Səhiyyə Nazirliyində respublikanın şəhər və rayon tibb idarə və müəssisələrinin rəhbərlərinin iştirakı ilə geniş toplantı keçirilib. İclası giriş sözü ilə açan TYTŞ-nin müdiri G.Poladov aylığın əhalinin sağlamlığı istiqamətindəki əhəmiyyətindən bəhs edib. 2014-cü ilin dekabr ayında keçirilən aylıq çərçivəsində respublika üzrə 5 240 000-ə yaxın əhalinin tibbi müayinələrdən, o, cümlədən Bakı şəhəri üzrə 1 250 000-ə yaxın əhalinin tibbi müayinələrdən keçməsini vurğulayıb. Ümumilikdə müayinələrdən keçmiş əhali arasında 10%-ə yaxın xəstə aşkarlanıb. Bu xəstələr müayinələrə cəlb olunub, digərləri isə dispanser qeydiyyata götürülüb.

Qeyd olunan rəqəmlər bir daha bu kimi tədbirlərin əhalinin sağlamlığının profilaktikası baxımından mühüm olduğunu bir daha sübut edir. Aylıq çərçivəsində Səhiyyə Nazirliyi ötən ildə olduğu kimi, ölkənin müxtəlif bölgələrinə tələbat olduğu halda tibbi heyətin göndərilməsini də planlaşdırir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti