...

Ceyhun Bayramov: "Qəbul planı artıqda bir yerə görə rəqabət qabiliyyəti aşağı düşür"

Cəmiyyət Materials 11 Fevral 2015 14:08 (UTC +04:00)
Azərbaycanda yalnız 2007-2013-cü illər ərzində orta məktəb məzunlarının sayı 25225 nəfər azalıb, qəbul planı isə 10 minə yaxın artıb.
Ceyhun Bayramov: "Qəbul planı artıqda bir yerə görə rəqabət qabiliyyəti aşağı düşür"

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yalnız 2007-2013-cü illər ərzində orta məktəb məzunlarının sayı 25225 nəfər azalıb, qəbul planı isə 10 minə yaxın artıb. Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov bu gün "Abituriyent" jurnalının 12-ci sayının təqdimat mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, qəbul planının artması dünyada müşahidə edilən tendensiyadır: "Ali təhsilin kütləviləşməsi insanların ali təhsilə daha çox üz tutması ilə nəticələnir. Ancaq biz onu da başa düşməliyik ki, qəbul planı artıqda bir yerə görə rəqabət qabiliyyəti aşağı düşür. Rəqabət qabilyyəti aşağı düşən zaman bu, orta bala təsir etməyə bilməz".

C.Bayramov bildirib ki, müəllim ixtisası üzrə kadr hazırlığı sahəsində dinamika müşahidə edilir. Onun sözlərinə görə, artıq Azərbaycan Dövlət Pedaqoji Universitetinə müəllimlik ixtisası üzrə 360 balla qəbul olmaq istəyən insanların sayı artıb. Bunu müsət dinamika sayan nazir müavininin sözlərinə görə, 2014-cü ildə müəllimlik ixtisasları üzrə sənəd verən və 500-dən yuxarı bal toplayan 699 abituriyent bu ixtisası ərizəsində məhz 1-ci və 2-ci yerdə yazıb. 699 nəfərin 546 nəfəri müəllimlik ixtisasını ərizəsində 1-ci qeyd edib: "Hesab edirəm ki, 4 ildən sonra onlar bakalavriat səviyyəsini bitirdikdən sonra böyük bir ordu olacaqlar. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun işlər aparıldıqca daha çox uğurlar olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti