...

Azərbaycanda əkiz və üçəm uşaqların doğulması halları artıb

Cəmiyyət Materials 17 Fevral 2015 11:08 (UTC +04:00)
Azərbaycanda əkiz və üçəm uşaqların doğulması halları artıb. Ötən il Azərbaycanda 60 üçəm uşaq dünyaya gəlib.
Azərbaycanda əkiz və üçəm uşaqların doğulması halları artıb

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda əkiz və üçəm uşaqların doğulması halları artıb. Ötən il Azərbaycanda 60 üçəm uşaq dünyaya gəlib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü il ərzində Azərbaycanda 170,5 min körpə doğulub. Əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18,1 olub. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Körpələrin 3148-i əkiz, 60-ı isə üçəm doğulub.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 2270 əkiz, 42 üçəm doğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti