...

Bakıda "Xocalıya ədalət" şüarı altında yürüş keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2015 13:43 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Xocalıya ədalət” şüarı altında yürüş keçirilib.
Bakıda "Xocalıya ədalət" şüarı altında yürüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Xocalı faciəsinin ildönümünə həsr olunmuş "Xocalıya ədalət" şüarı altında yürüş keçirilib.

Trend-in məlumatına görə, gənclər təşkilatlarının 3 mindən çox üzvünün iştirakı ilə 26 fevral saat 04:30-da başlayan yürüş Xocalı abidəsinin önündən start götürüb və Dənizkənarı Milli Parkda bitib. Gənclər yürüş boyu Azərbaycan himnini oxuyublar, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndiriblər.

Aksiya işıq saçan fənərlərin səmaya buraxılması ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti