...

Ramil Usubovun qəbulunda polisdə xidmətə yararlı olan 40 namizəd seçildi

Cəmiyyət Materials 28 Fevral 2015 15:41 (UTC +04:00)
Daxili işlər naziri həmin namizədlərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib.
Ramil Usubovun qəbulunda polisdə xidmətə yararlı olan 40 namizəd seçildi

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün - fevralın 28-də Şirvan şəhərində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Polis Şöbəsində Şirvan şəhəri, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı rayonlarında yaşayan sakinlərin, eləcə də bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir müraciətləri dinləyib, onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 250 nəfər də qəbulda iştirak edib. Onların arasından xidmətə hazırlıqlı və yararlı olan 40 namizəd seçilib.

Daxili işlər naziri həmin namizədlərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti