...

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

Cəmiyyət Materials 19 Mart 2015 09:30 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının icrasına başlayıb.
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İlkin İzzət/

Ədliyyə Nazirliyi Penitensiar Xidmət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının icrasına başlayıb.

Trend-in məlumatına görə, sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 Gürcüstan vətəndaşı da var.

Sərəncama uyğun olaraq, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 7 nəfər cəzadan azad ediliblər.

Qeyd edək ki, əfv olunanlar arasında vətəndaş cəmiyyətinin fəalı Bəşir Süleymanov, "Nida" hərəkatının üzvü Orxan Əyyubzadə, Müsavat Partiyasının üzvü Şəhla Muxtarova, fəallar Ramil Vəliyev və Anar Qasımlı da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti