...

Məktəblilər arasında pentbol yarışı keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2015 15:38 (UTC +04:00)
Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 1941-1945-ci illər II Dünya müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə tədbirlərə start verilib
Məktəblilər arasında pentbol yarışı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 1941-1945-ci illər II Dünya müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə tədbirlərə start verilib

Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 1941-1945-ci illər II Dünya müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə tədbirlərə start verilib.

Tədbirlərə rayon məktəbliləri arasında peyntbol üzrə yarışın keçirilməsi ilə start verilib.

Bakı Peyntbol Mərkəzində baş tutan yarışmanın açılışında çıxış edən Nizami rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov və başqaları deyiblər ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir.

Bildirilib ki, Azərbaycan xalqı qəhrəman xalqdır və ölkəmiz şanlı tarixi, əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Çünki bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Məhz erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi əyani sübutdur.

Vurğulanıb ki, müstəqil dövlətdə yaşayan hər bir gənc bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bütün gənclər onun qorunması, möhkəmləndirilməsi naminə əlindən gələni etməlidir.

Qeyd edilib ki, bu cür yarışların keçirilməsi də bir daha gənclərdə vətənpərvərlik hisslərini yüksəlmək və onların layiqli vətəndaş kimi yetişmələrinə dəstək məqsədi daşıyır.

Çıxışlardan sonra yarışa start verilib.

22 məktəbin nümayəndəsinin istirak etdiyi yarışda 4 komanda olimpiya sistemi üzrə gücünü sınayıb.

Yarışın sonunda qaliblər mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti