...

Koreyalı alim Şamaxı rəsədxanasında mühazirə deyib (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2015 15:36 (UTC +04:00)
Bilik Fondunun "Dünya elmi Azərbaycanda" proqramı çərçivəsində Koreyanın KİAS İnstitutunun direktoru kvant mexanikası və nəzəri fizika sahələri üzrə mütəxəssis, professor Kim Jaewan ölkəmizdə səfərdədir.
Koreyalı alim Şamaxı rəsədxanasında mühazirə deyib (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Dünya elmi Azərbaycanda" proqramı çərçivəsində Koreyanın KİAS İnstitutunun direktoru kvant mexanikası və nəzəri fizika sahələri üzrə mütəxəssis, professor Kim Jaewan ölkəmizdə səfərdədir.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, səfər çərçivəsində koreyalı alim Şamaxı Astrofizika rəsədxanasında "Kvant mexanikası və onun tətbiq sahələri" mövzusunda mühazirə deyib.

Mühazirədə alimlər, Texniki Universitetin və Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələri, yerli ziyalıların nümayəndələri iştitrak ediblər. İştirakçılara kvant mexanikası haqqında maraqlı məlumatlar verən, onun tətbiqi sahələrinə dair mülahizələrini bölüşən professor tələbələri maraqlandıran sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti