...

Gəncədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2015 15:14 (UTC +04:00)
Çanakkala zəfərinin 100 illiyi münasibətilə Türkiyə və Azərbaycan şəhidlərinin əziz xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyası Gəncə şəhərinin Heydər Əliyev adına park-kompleksində həyata keçirilib.
Gəncədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib (FOTO)

Çanaqqala zəfərinin 100 illiyi münasibətilə Türkiyə və Azərbaycan şəhidlərinin əziz xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyası Gəncə şəhərinin Heydər Əliyev adına park-kompleksində həyata keçirilib.

Ağacəkmə kampaniyasında 3000-dən çox ağac əkilib. Kampaniyada Türkiyənin Gəncədəki baş konsulu Orhan İşık, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev, Ərzurum bələdiyyəsi sədrinin müavini Zəfər Bülent Enginin başçılıq etdiyi, Ərzurum şəhər İcra Hakimiyyəti rəsmilərinin də daxil olduğu nümayəndə heyəti, o cümlədən Gəncə şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, şəhər ictimaiyyəti yaxından iştirak edib.

Aksiya zamanı əkilən ağaclar suvarılıb və dibləri bərkidilib.

Qeyd edək ki, Tükiyədən gələn qonaqlar, eyni zamanda, Gəncə şəhərinin gəzməli-görməli yerlərinə ekskursiya edib, şəhərlə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti