...

TQDK sınaq imtahanının nəticələrini açıqladı

Cəmiyyət Materials 6 May 2015 16:10 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 3-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.
TQDK sınaq imtahanının nəticələrini açıqladı

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlkin İzzət/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 3-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 49 994 abituriyentdən 3181 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 11 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 46 802 abituriyentin imtahan nəticələri yerləşdirilib.

IV qrup üzrə 1 nəfər ən yüksək nəticə - 700 bal toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti