...

Baş prokuror Zakir Qaralov Goranboyda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 18 May 2015 13:14 (UTC +04:00)
Baş Prokuror Zakir Qaralov Goranboyda vətəndaşları qəbul edəcək.
Baş prokuror Zakir Qaralov Goranboyda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 18 may /Trend/

Baş prokuror Zakir Qaralov Goranboyda vətəndaşları qəbul edəcək.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov mayın 22-də saat 11:00-da Goranboy rayon prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Goranboy, Samux, Daşkəsən, Göygöl, Xocalı və Kəlbəcər rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Goranboy şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti