...

"Çanaqqala: Barışa uzanan yol" adlı konfrans öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 22 May 2015 15:57 (UTC +04:00)
Türkiyə, Böyük Britaniya və Avstraliyanın Azərbaycandakı səfirliklərinin Bakı Dövlət Universiteti ilə birgə təşkil etdikləri “Çanaqqala: Barışa uzanan yol” adlı konfrans BDU-da öz işinə başlayıb.
"Çanaqqala: Barışa uzanan yol" adlı konfrans öz işinə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 22 may /Trend/

Türkiyə, Böyük Britaniya və Avstraliyanın Azərbaycandakı səfirliklərinin Bakı Dövlət Universiteti ilə birgə təşkil etdikləri "Çanaqqala: Barışa uzanan yol" adlı konfrans BDU-da öz işinə başlayıb.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə rektor, akademik Abel Məhərrəmov açaraq Çanaqqala qələbəsinin 100-cü ildönümü məqsədilə həyata keçirilən tədbirin Bakı Dövlət Universitetində keçirilməsinin əhəmiyyətini qeyd edib. Rektor Mustafa Kamal Atatürkün və silahdaşlarının apardıqları mübarizədən bəhs edərək Osmanlı imperatorluğunun dağıntılarının yerində çağdaş bir dövlət yaradılmasının önəmini xüsusi vurğulayıb.

Sonra Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun çıxış edərək Çanaqqalada Avropa dövlətlərinə qarşı aparılan qəhrəmanlıq mübarizəsindən, bu qələbənin əhəmiyyətindən danışıb.

Daha sonra Böyük Britaniyanın və Avstraliyanın ölkəmizdəki səfirləri İrfan Siddiq və Ceyms Martin Larsenin çıxışları dinlənilib.

Türkiyənin Çanaqqala 18 mart Universitetinin təsisçi-rektoru, professor Ahmet Mete Tuncoku Çanaqqala zəfərinin tarixi haqqında məruzə nitqi ilə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti