...

Binəqədidə yanmış binanın sakinlərinə kompensasiyaların verilməsi ilə bağlı son vəziyyət

Cəmiyyət Materials 2 İyun 2015 16:01 (UTC +04:00)
Binəqədidə yanmış çoxmərtəbəli binada zərər çəkən sakinlərin bir hissəsinə artıq 20 min manat məbləğində kompensasiya ödənilib və hazırda ödənişlər davam edir.
Binəqədidə yanmış binanın sakinlərinə kompensasiyaların verilməsi ilə bağlı son vəziyyət

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Binəqədidə yanmış çoxmərtəbəli binada zərər çəkən sakinlərin bir hissəsinə artıq 20 min manat məbləğində kompensasiya ödənilib və hazırda ödənişlər davam edir. Bu barədə Trend-ə Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub, hələ ödəniş almayan sakinlərin məsələsi aydınlaşdırılır. Həmin binada yaşayan kirayənişinlərlə ev sahibləri arasında kompensasiyaların bölüşdürülməsi məsələsi də araşdırılır. Bu proseslər başa çatdıqdan sonra kompensasiyalar tam ödəniləcək.

Yanan binada əmlaklarının dəyərinin 20 min manatdan çox olmasını bildirən sakinlərin məsələsi ilə bağlı İcra Hakimiyyətindən bildirilib ki, sakinlər öz mülkləri ilə bağlı prokurorluğa müraciət edib və hazırda araşdırmalar aparılır. Araşdırmalar yekunlaşandan sonra bu məsələyə də aydınlıq gətiriləcək.

Qeyd olunub ki, hazırda zərərçəkən ailələrdən 12-si Bilgəh sanatoriyasında yerləşdirilib, 42 ailə öz istədiyi yerdə kirayə tutduqları evdə yaşayır və kirayə haqqı Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ödənilir. İki ailə isə öz istəyi ilə qohumlarının evində yaşayır. Hər gün İcra Hakimiyyətinin əməkdaşları zərərçəkən sakinlərə baş çəkir, onların elə bir şikayətləri yoxdur. Təmir nə qədər davam edəcəksə, kirayə haqları da İcra Hakimiyyəti tərəfindən ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti