Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının işçiləri üçün tibbi sığorta sisteminin tətbiqi işi ilə ciddi məşğul olacağıq. Bunu Trend-ə AMEA prezidenti, akademik Akif Əlizadə deyib.
Akademiya prezidentinin sözlərinə görə, elmlə məşğul olanların işi oturaq işdir, ona görə də belə şəxslərdə bəzi xəstəliklər yaranır.
Həmin xəstəliklərin erkən aşkarlanmasını vacib sayan A.Əlizadə bu baxımdan tibbi siğortanın tətbiqinin çox əhəmiyyətli olacağına əminliyini bildirib: "Biz bu istiqamətdə cüzi addımlar atmışıq. Amma bundan sonra tibbi sığortanın tətbiqinin həlli ilə ciddi məşğul olacağıq. Çünki tibbi siğortanın tətbiqi işçilərimiizn səhhəti üçün çox vacibdir".