...

"Gənc İstedadlar" liseyinin şagirdləri BDU-nun Qubadakı təcrübə mərkəzində olublar (FOTO)

Cəmiyyət Materials 2 İyul 2015 14:41 (UTC +04:00)
"Gənc İstedadlar" liseyinin şagirdləri BDU-nun Qubadakı təcrübə mərkəzində olublar.
"Gənc İstedadlar" liseyinin şagirdləri BDU-nun Qubadakı təcrübə mərkəzində olublar (FOTO)

Azərbaycan, Bakı, 2 iyul /Trend/

"Gənc İstedadlar" liseyinin şagirdləri BDU-nun Qubadakı təcrübə mərkəzində olublar.

Universitetin Mətbuat və İnformasiya Şöbəsindən Trend-ə verilən məlumata görə, BDU-nun "Gənc İstedadlar" liseyinin 5b sinif şagirdləri sinif rəhbəri Könül Şahbazovanın başçılığı ilə universitetin Qubanın II Nügədi kəndində yerləşən Tədris-Tərcübə və İstirahət Mərkəzində olublar.

Şagirdlərə mərkəz haqqında məlumat verildikdən sonra onlar kitabxana, dərs otaqları, idman və akt zallarında olublar.

Universitetin coğrafiya, geologiya, biologiya, ekologiya və torpaqşünaslıq fakültəsinin mərkəzdə təcrübədə olan tələbələri ilə söhbət edən şagirdlər, eyni zamanda Quba Soyqımızı Memorial Kompleksini də ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti