...

Azərbaycanda elektroşok gəzdirmək hüququ olan polis əməkdaşlarının siyahısı təsdiq olunub

Cəmiyyət Materials 30 İyul 2015 09:34 (UTC +04:00)
Azərbaycan Respublikası Nazirlər Kabineti “Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin Siyahısı”nı təsdiq edib.
Azərbaycanda elektroşok gəzdirmək hüququ olan polis əməkdaşlarının siyahısı təsdiq olunub

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Respublikası Nazirlər Kabineti "Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin Siyahısı"nı təsdiq edib.

Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş nazir Artur Rasi-zadənin imzaladığı qərara əsasən, elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin və polis əməkdaşlarının siyahısı aşağıdakı kimidir:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin rəisi, inzibati binaların təhlükəsizliyini təmin edən nizami polis hissəsinin komandiri, komandirin müavini, xidmət üzrə baş inspektoru, xidmət üzrə inspektoru, manqa komandirləri və polis əməkdaşları.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı nizami polis hissələrinin komandirləri, komandirlərinin müavinləri, sıravi, kiçik, orta və böyük rəis heyətindən olan digər əməkdaşları.

3. Azərbaycan Respublikasınыn Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan nizami polis hissələrinin (alay, tabor, bölük, taqım, manqa) komandirləri, komandirlərinin müavinləri, xidmət üzrə baş inspektorları.

4. Müvəqqəti saxlama yerlərinin konvoy xidmətlərinin əməkdaşları.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti