Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/
Bakı-Sumqayıt qatarının sərnişinləri gediş haqqını "BakıKart" kartları vasitəsilə ödəyə biləcəklər.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya-telekommunikasiya texnologiyaları departamentinin rəhbəri Samir Qənili deyib.
Onun sözlərinə görə, hazırda sərnişinlər biletləri kassalarda və ya xüsusi avtomatlarda nağd pul ödəməklə ala bilərlər: "Lakin gələcəkdə gediş haqqını "BakıKart", həmçinin kredit kartları ilə ödəmək mümkün olacaq".