...

Sərnişin sıxlğı ilə bağlı qatarlara əlavə vaqonlar qoşulur

Cəmiyyət Materials 14 Sentyabr 2015 14:45 (UTC +04:00)
Yeni dərs ilinin başlaması ilə əlaqədar sərnişin qatarlarına əlavə 3 vaqon qoşulub.
Sərnişin sıxlğı ilə bağlı qatarlara əlavə vaqonlar qoşulur

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Elmir Murad/

Yeni dərs ilinin başlaması ilə əlaqədar sərnişin qatarlarına əlavə 3 vaqon qoşulub. Bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, qurum hələlik gücləndirilmiş iş rejiminə keçməsə də, bu istiqamətdə işlər mütəmadi aparılır.

Rayonlardan Bakıya son günlər sərnişin axınının artdığını deyən N.Əzməmmədov qeyd edib ki, sabah da bir sıra istiqamətlərdə qatarlara əlavə vaqonlar qoşulacaq: "Bu iş mütəmadi aparılır. Biz hansı istiqamətdə sərnişin sıxlığı qeydə alırıqsa, o istiqamətdə vaqonlar artırılır. Ehtiyac olsa, yəqin ki, sabah da əlavə 5 və ya 6 vaqon artıracağıq".

Qrafiklərdə dəyişikliyin olmayacağını vurğulayan qurum rəsmisi ölkədaxili və beynəlxalq gediş haqlarının qiymətinə də toxunub. N.Əzməmmədov deyib ki, qiymətlərdə hər hansı bir artım olmayacaq: "Köhnə qiymətlərdir. Heç bir dəyişiklik olmayacaq. Nə azalma, nə də artım düşünülməyib. Burada söhbət həm daxili, həm də beynəlxalq sərnişindaşımadan gedir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti