...

Milli Məclisdə hərbi qulluqçulara verilən kirayə haqlarının məbləğini artırmaq müzakirə edilib

Cəmiyyət Materials 7 Oktyabr 2015 15:14 (UTC +04:00)
Hərbi qulluqçulara verilən kirayə haqlarının məbləğinin artırılması təkilf olunur.
Milli Məclisdə hərbi qulluqçulara verilən kirayə haqlarının məbləğini artırmaq müzakirə edilib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, E.Mehdiyev/

Hərbi qulluqçulara verilən kirayə haqlarının məbləğinin artırılması təkilf olunur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan ombudsmanı Elmira Süleymanova Milli Məclisdə bu gün bir neçə komitənin iştirakı ilə keçirilən 2016-cı ilin büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, hazırda hərbi qulluqçulara kirayə haqqı olaraq rayonlarda verilən 30 manat, Bakı şəhəri üzrə isə 47 manat real vəziyyəti əks etdirmir: "Bu qiymətlərə nə rayonlarda, nə də Bakıda ev kirayələmək mümkündür".

E.Süleymanova bunu nəzərə alaraq hərbi qulluqçulara verilən kirayə haqlarının artırılmasını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti