...

Gürcüstanla sərhəddə yaranmış tıxacın səbəbi açıqlandı (FOTO)

Cəmiyyət Materials 9 Noyabr 2015 12:28 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması ilə bağlı məlumatlara aydınlıq gətirib.
Gürcüstanla sərhəddə yaranmış tıxacın səbəbi açıqlandı (FOTO)

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyri-iş günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müəyyən artım müşahidə olunub. Nəticədə ötən gün qonşu ölkəyə gedənlərin kütləvi şəkildə geri qayıtması Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük keçid məntəqəsində qısamüddətli, cüzi sıxlığın yaranmasına səbəb olub.

DGK-dan bildiriblər ki, dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb. Hazırda "Sınıq Körpü" gömrük keçid məntəqəsində nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində hər hansı sıxlıq müşahidə olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti