...

Azərbaycan və Çexiya gənclər və idman siyasətində əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2015 12:49 (UTC +04:00)
Noyabrın 19-dan başlayaraq Çexiyanın Praqa şəhərində keçirilən Avropa Olimpiya Komitəsinin 44-cü Baş Assambleyası və İcraiyyə Komitəsinin iclaslarında iştirak etmək üçün bu ölkədə rəsmi səfərdə olan gənclər və idman naziri Azad Rəhimov Çexiyanın təhsil, gənclər və idman naziri xanım Katerina Volaxova ilə görüş keçirib.
Azərbaycan və Çexiya gənclər və idman siyasətində əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib  (FOTO)

Bakı. Trend:

Noyabrın 19-dan başlayaraq Çexiyanın Praqa şəhərində keçirilən Avropa Olimpiya Komitəsinin 44-cü Baş Assambleyası və İcraiyyə Komitəsinin iclaslarında iştirak etmək üçün bu ölkədə rəsmi səfərdə olan gənclər və idman naziri Azad Rəhimov Çexiyanın təhsil, gənclər və idman naziri xanım Katerina Volaxova ilə görüş keçirib.

Bu barədə Gənclər və İdman Nazirlinin Mətbuat katibliyindən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, görüşdə çexiyalı nazir Birinci Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil edilməsi münasibəti ilə təbrik edib. Görüşdə eyni zamanda, nazirlər öz ölkələrinin idman və gənclər siyasəti, bu sahələrdə həyata keçirilən layihələr haqqında geniş məlumat verib, tədbirlərdə azərbaycanlı və çexiyalı gənclərin iştirakını yüksək qiymətləndirib və bu istiqamətdə əməkdaşlığın daha da möhkəmlənməsinin önəmini vurğulayıblar.

Nazir K.Volaxova görüşdə xüsusi olaraq Avropa İttifaqının təsis etdiyi Vişeqrad Sazişi və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirərək əməkdaşlıq üçün təşəkkür edib.

Görüşün sonunda nazir A.Rəhimov və həmkarı K.Volaxova daha sıx əməkdaşlıq istiqamətində yeni layihələrin işlənib hazırlanmasının zərurətini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti