Azərbaycanda könüllü tibbi sığorta bazarının narazılıq doğuran məqamları

Azərbaycanda könüllü tibbi sığorta bazarının narazılıq doğuran məqamları

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda hələ icbari tibbi sığorta tətbiq edilmədiyindən insanlar könüllü şəkildə tibbi sığortaya cəlb edilirlər. Lakin məsələ ondadır ki, bu gün Azərbaycanda ayrı-ayrı şəxslər fərd olaraq könüllü tibbi sığorta olunmağa maraq göstərirlər. Tibbi sığorta edilənlər, əsasən, böyük şirkətlərdə çalışan işçilər olurlar ki, onlar da bu sığortaya qrup şəklində cəlb edilirlər.

Qeyd edək ki, bu gün sığorta şirkətləri paketləri müxtəlif limitlərlə təqdim edir. Narazılıq doğuran məqamlar yüksək sığorta məbləği ilə təklif edilən paketə az sayda və ucuz başa gələn xidmətlərin daxil edilməsidir.

Məsələn, sığorta şirkətlərinin birinin təqdim etdiyi ən aşağı limitli - 20 min manatlıq bir illik tibbi sığorta paketinə (bir nəfər üçün) stasionar şəraitdə göstərilən tibbi xidmətlər kimi təcili hospitalizasiya, həkim müalicəsi, təcili cərrahiyyə əməliyyatları (əməliyyatın aparılması üçün anesteziyanın həyata keçirilməsi şərt olsa da, paketlərdə anesteziya ayrıca bənd kimi daxil edilir), ikinəfərlik palata ilə təminat, diaqnostik və laborator tədqiqatların aparılması, cərrahiyyə əməliyyatından sonrakı qulluq və reabilitasiya daxil edilir.

Ambulator poliklinika yardımı kimi tibbi xidmətlərə isə həkim baxışı, diaqnostika, ambulator cərrahiyyə, müalicə üçün zəruri prosedurların icrası, mütəxəssislərin evə və ya ofisə çağırışı, endoskopik müayinə, telefon vasitəsilə məsləhətlər daxildir. Paketdə pasiyentə təklif edilən stomatoloji yardıma stomatoloqun müayinəsi, diaqnostika tədqiqatları, plomblama, dişlərin çəkilməsi, diş daşlarının təmizlənməsi (ildə bir dəfə) kimi xidmətlər daxil edilsə də, daha çox xərc tələb edən iş, məsələn, yeni dişlərin salınması daxil edilmir. Paketə daxil edilən digər xidmətlər də, demək olar, ucuz başa gələn xidmətlərdir.

Zəncirvari icazə proseduru

Pasiyentlər könüllü icbari sığorta xidmətlərinin icrası ilə bağlı da müəyyən narazılıqlar edirlər.

Pasiyentlərin Trend-ə verdiyi məlumata görə, bəzən pasiyent bir həkim müayinəsindən keçdikdən sonra onun həmin an növbəti tibbi prosedurdan keçməsinə ehtiyac yaranır. Məsələn, UZİ müayinəsindən sonra həkim xəstəyə rentgen müayinəsindən də keçməyin lazım olduğunu bildirsə də, pasiyent bunu dərhal edə bilmir. Çünki bəzi sığorta şirkətlərinin qoyduğu tələbə uyğun olaraq, tibbi müəssisələr pasiyentə bir mərhələdən sonra tələb olunan digər mərhələ üzrə tibbi xidmətləri göstərməkdən ötrü bu barədə sığorta şirkətini məlumatlandırmalı və növbəti mərhələyə keçidin zəruriliyini əsaslandırmalıdırlar. Yalnız bundan sonra sığorta şirkəti pasiyent üçün növbəti tibbi xidmətin göstərilməsinə icazə verir və pasiyent tibbi xidmətdən yararlanır. Amma bəzi sığorta şirkətləri müqaviləyə uyğun olaraq, göstərilən xidmətlərin siyahısını əvvəlcədən tibb müəssisəsinə tədqim edir və ondan hər bir tibbi xidmətin göstərilməsinə görə ayrıca icazə alınmasını tələb etmir. Bu halda tibbi müəssisə bir-birindən asılı olan xidmətləri ardıcıl şəkildə həyata keçirə bilir. Bu da pasiyent üçün vaxt itkisinin yaranmamasına imkan verir.

Sığorta şirkətləri maksimum 10% gəlir götürə bilirlər

"CONSULTANT" Tədris və Konsaltinq Mərkəzinin prezidenti Xəyal Məmmədxanlı Trend-ə bildirib ki, könüllü tibbi sığorta bu gün Azərbaycanda normal işləyən sığorta növlərindən biri hesab oluna bilər: "Böyük şirkətlər, xüsusilə də xarici şirkətlər bu sığorta növünə xüsusi diqqət yetirirlər. Əsas problem odur ki, fərdi tibbi sığorta inkişaf etməyib. Yəni şirkətlər vətəndaşları ayrı-ayrılıqda sığortalamırlar. Çünki düşünürlər ki, yalnız xəstə insanlar fərdi qaydada könüllü olaraq tibbi sığorta oluna bilər".

X.Məmmədxanlı deyib ki, tibbi sığorta paketləri əhatə etdiyi xidmətlərin sayına və növünə görə dəyişir. Azərbaycanda bu paketlərin qiymətitəxminən 250-700 manat arasında dəyişir ki, bu da bazar qiymətləri baxımından normal hesab edilir. "Tibbi sığorta paketlərinin qiymətləri əslində çox baha deyil. Düşünün ki, 250 manatlıq paketə bir il üçün istənilən sayda poliklinika xidmətləri, müayinələr, dərman təminatı, təcili yardım və s. daxil edilir. Bu gün tibbi sığorta bazarında zərərlilik dərəcəsi təxminən 65%-ə yaxındır. Bu onu göstərir ki, qiymətlər baha deyil, şirkətlər maksimum halda 10% gəlir götürə bilirlər".

Şirkətlər tərəfindən müştəriyə təklif edilən sığorta məbləğlərinin müqaviləyə daxil edilən tibbi xidmətlərin dəyərindən olduqca böyük olması məsələsinə gəldikdə, X.Məmmədxanlı bildirib ki, sığorta məbləği sığorta şirkətinin öhdəliklərinin son həddidir. Onun sözlərinə görə, sığorta şirkətlərinin qoyduqları limitlər müştərini cəlb etmək üçün bir metoddur. Çünki müştəri çox nadir halda həmin limitin hamısını istifadə edir: "Sığorta bazarı əslində "böyük rəqəmlər" qanunu ilə işləyir. Sığorta şirkətinin hər hansı sığorta növündən qazanc əldə etməsi üçün həmin sığorta növü üzrə sığortalananların sayı çox olmalıdır. Sığortaolunanların hamısı xidmətlərdən və təklif edilən limit məbləğinin hamısından istifadə etmədikdə sığorta şirkətləri qazanc əldə edir. Sığorta bir prinsiplə işləyir - problemsiz müştərilərin hesabına problemli müştərilərin xərclərini ödəsin, bunun da müqabilində pul qazansın. Ona görə də sığorta şirkəti bütün risklərini düzgün hesablamalıdır".

Pasiyent işlətmədiyi pulları geri ala bilərmi?

Ekspertin sözlərinə görə, adətən, bir sığortalı il ərzində orta hesabla maksimum 6-7 dəfə həkimə müraciət edir. Lakin elə şəxslər olur ki, sığortası olsa da, ilboyu həkimə müraciət etmirlər.

X.Məmmədxanlı deyib ki, xəstənin limit kimi müəyyənləşdirilən sığorta məbləğini tam istifadə etməsi də şərt deyil. İstifadə edilməmiş pullar isə pasiyentə geri qaytarılmır. Pasiyent həmin vəsaiti müqavilədə göstərilməyən digər tibbi xidmətlərin də göstərilməsinə yönləndirə və ya növbəti ilə köçürə bilməz. Çünki müqavilə 1 illik müddətə bağlanılır və sığorta müqaviləsində yalnız göstərilən risklərə və ya xidmətlərə təminat verilir.

ABŞ "omikron" ştammına görə qapanmalara qayıtmaq niyyətində deyil - Co Bayden
ABŞ "omikron" ştammına görə qapanmalara qayıtmaq niyyətində deyil - Co Bayden
Jurnalistlər Makronun mətbuat konfransını boykot ediblər
Jurnalistlər Makronun mətbuat konfransını boykot ediblər
Braziliya ardıcıl ikinci gün yeni yoluxma hallarının sayına görə antirekordu yeniləyib
Braziliya ardıcıl ikinci gün yeni yoluxma hallarının sayına görə antirekordu yeniləyib
Loading Bars
Xəbər lenti
Xaçmazda 20 yanvar faciəsinin ildönmü ilə bağlı silsilə tədbirlər keçirilib (FOTO)
Toyda karantini pozan iki nəfər cərimələnib
Türkiyə səfiri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Bu avtomagistrallarda sürət həddi endirilib
20 Yanvar Azərbaycan xalqı üçün müstəqillik mübarizəsinin rəmzidir
Britaniya səfiri Şəhidlər Xiyabanını ziyarət edib
Şamaxıya istirahətə gələn şəxsdən külli miqdarda heroin və “patı” götürülüb (FOTO/VİDEO)
ABŞ "omikron" ştammına görə qapanmalara qayıtmaq niyyətində deyil - Co Bayden
Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu keçib
Jurnalistlər Makronun mətbuat konfransını boykot ediblər
Braziliya ardıcıl ikinci gün yeni yoluxma hallarının sayına görə antirekordu yeniləyib
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
Livanın cənubundan İsrail istiqamətində raket atılıb
Mingəçevir Dövlət Universitetində “20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir” mövzusunda konfrans keçirilib (FOTO)
Gömrük Akademiyasında Polşanın ölkəmizdəki səfiri ilə görüş keçirilib (FOTO)
Ceyhun Bayramov AEBA-nın rəhbəri ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçirilib (FOTO)
Aİ nümayəndəliyinin rəhbəri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib (FOTO)
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür
"Trendyol" malları birbaşa alıcıların evinə çatdıracaq
Ərdoğanın Ukraynaya səfərinin tarixi məlum olub
Türk Dövlətləri Təşkilatı 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı
Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiya prosesinə başlanılmasının tərəfdarıdır - Nazir
“Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda videokonfrans keçirilib
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (FOTO)
Böyük Britaniya minalarla mübarizədə təcrübəsini Azərbaycanla bölüşür - Səfir
Azərbaycanda əsasən hansı ölkələrin vətəndaşları təhsil alır?
1400-dən çox şəxs bu əməlinə görə cərimə edilib
Ölkədə minik avtomobillərinin istehsalı artıb
Azərbaycanda pensiyaçıların sayı açıqlanıb
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurdu - TƏHLİL
Tramp Mayamidə iki mindən çox lüks ev tikdirməyi planlaşdırır
Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Göyçay DYP-yə yeni rəis təyin olundu
“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq (FOTO)
Şamaxı sakinindən silah və patronları götürülüb
DGK sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Taksi sürücüsünün narkotikin təsiri altında olduğu müəyyən edilib
Bakıda metro qatarında problem yaranıb
Britaniyada dördgünlük iş həftəsi ilə eksperiment işə salınacaq
Ötən il idmançılarımız 500-dən çox medal qazanıb
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların videoformatda qəbulu keçirilib (FOTO)
ADU-da 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
Pandemiyanın növbəti dalğası ərəfəsindəyik - MM Səhiyyə Komitəsinin sədr müavini (VİDEO)
Sumqayıt Dövlət Yol Polisi şöbəsində ölüm hadisəsi olub
Fransanın məsuliyyətsiz bəyanatlarına Bakıdan sərt reaksiya - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bakıda məşhur restoranlar cərimələndi
Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib - RƏSMİ
Yanvarın 21-nə USD/AZN rəsmi məzənnəsi
Ceyhun Bayramov ATƏT-in forumunda Ermənistan nümayəndəsinin əsassız iddialarını rədd edib (FOTO)
Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin fəaliyyəti yoxlanılıb (FOTO)
SOCAR-ın 2021-ci il üzrə əsas istehsalat göstəriciləri açıqlanıb (FOTO)
20 Yanvar xalqımızın Qəhrəmanlıq salnaməsidir (FOTO)
Tehranda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib (FOTO)
Fransada atışma olub, ölən var
20 yanvar Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Bu qanlı hadisəni azadlıq mübarizəsi və milli həmrəyliyimizin təzahürü kimi qürurla anırıq
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Ötən il yol qəzalarında 345 piyada ölüb
Qadını öldürüb yol kənarına atanlardan biri tutuldu (FOTO/VİDEO)
Ötən il yol qəzalarında 706 nəfər həlak olub - RƏSMİ
Uşaq evində valideynlə dava edən tərbiyəçi işdən çıxarıldı
DİN uşaq bağçasında valideynlə tərbiyəçi arasındakı qalmaqalı nəzarətə götürdü
"Azəriqaz"ın sayğacını elan saytında satışa çıxaran qadın saxlanıldı (FOTO)
Tərtərdə 16 yaşlı məktəbli qız qaçırılıb
Avropa İttifaqı ölkələrinin səfirləri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Mediasiya şurası VƏ MÜSİAD arasında əməkdaşlıq protokolu imzalanıb (FOTO)
Hacı Zeynalabdin Tağıyevin abidəsi bürünc-tunc qarışığından hazırlanıb - Xanlar Əhmədov
20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım ödənildi
20 Yanvar xalqımızın milli birlik və həmrəylik sınağından uğurla çıxdığı tarixdir - Vüqar Rəhimzadə
Unibank ipoteka faiz dərəcəsini endirib
İranda ötən sutka ərzində 19 nəfər koronavirusdan ölüb
Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib
2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib
Mənzil İnşaatı Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anıldı (FOTO)
ANAMA Goranboydakı mina hadisəsi ilə bağlı məlumat yayıb
Gəncədə oğurluq edən və silah saxlayan şəxslər saxlanılıb (FOTO/VİDEO)
Ötən il 3206 hərbi qulluqçu və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan hərbçiləri Türkiyədə təlimə qatılıblar (FOTO)
Azad edilmiş torpaqlara səfər edən şəxslər postlarda yenidən yoxlanacaq - Elşad Hacıyev
Həmkəndlilərinin evindən oğurluqlar edən şəxs saxlanılıb
Buraxılış imtahanlarının proqramları açıqlanıb
Mingəçevir Dövlət Universitetində ADA Universitetinin məlumatlandırma görüşü keçirilib (FOTO)
Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixində zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır - Tamam Cəfərova
Vətəndaşlar ildə bir dəfə həm Şuşaya, həm də Ağdama gedə biləcəklər - RƏSMİ
İranda qar və daşqına görə 700 kənd yolu bağlanıb
Azərbaycan məhsulları beynəlxalq sərgilərdə nümayiş olunacaq
İran xaricdən gətirilən koronavirus vaksinlərinin sayını açıqlayıb
İlahiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Sabah güclü külək, yağıntılı və soyuq hava şəraiti gözlənilir
Narkokuryerlik edən daha 8 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qazaxıstanda yeni müdafiə naziri təyin olunub
Azərbaycan 20-dən çox məhbusu İrana qaytarıb
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
20 Yanvar şəhidi ailələri və əlillərinə 135 mənzil, 100-dək avtomobil verilib
XİN 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat yayıb
Bütün xəbərlər