...

Təhsil Nazirliyi vətəndaş müraciətləri üzrə yeni portal yaratdı

Cəmiyyət Materials 12 Yanvar 2016 15:10 (UTC +04:00)
Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmanın sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, eyni zamanda məlumatların ümumiləşdirilməsi üçün vahid qəbul portalı yaradılıb.
Təhsil Nazirliyi vətəndaş müraciətləri üzrə yeni portal yaratdı

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmanın sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, eyni zamanda məlumatların ümumiləşdirilməsi üçün vahid qəbul portalı yaradılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu portal vasitəsilə Təhsil Nazirliyində və tabeçiliyində olan qurumlarda vətəndaşların qəbula yazılması, yönləndirilməsi, prosesin müşahidəsi, SMS göndəriş sistemi vasitəsilə onların məlumatlandırılması və vətəndaş məmnunluğunun öyrənilməsi mümkündür.

Portaldan səmərəli istifadəni təmin etmək üçün Təhsil Nazirliyində tabe qurumların aidiyyəti əməkdaşlarına təlimlər keçirilir. Təlimlərdə şəhər (rayon) təhsil idarələrinin (şöbələrinin), eyni zamanda ali, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin vətəndaş müraciətlərinə baxılması üzrə məsul şəxsləri iştirak edirlər. Bir həftə davam edəcək təlimlərdən sonra portal tam fəaliyyətə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti