...

Məhkəmə Gülər Əhmədovanın şikayətini təmin etmədi

Cəmiyyət Materials 16 Fevral 2016 11:41
Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsinə dair Yasamal rayon Məhkəməsinə etdiyi müraciətin rədd edildiyi qərardan verdiyi apelyasiya şikayətinə baxılıb.
Məhkəmə Gülər Əhmədovanın şikayətini təmin etmədi

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsinə dair Yasamal rayon Məhkəməsinə etdiyi müraciətin rədd edildiyi qərardan verdiyi apelyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, bu gün hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə G.Əhmədovanın şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə isə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verildi və o, azadlığa buraxıldı.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti