...

Azərbaycanda doğuşayardım tibb müəssisələrində monitorinq aparılıb

Cəmiyyət Materials 29 Fevral 2016 15:10 (UTC +04:00)
Səhiyyə Nazirliyi ilə UNICEF arasında imzalanmış birgə Fəaliyyət Planı çərçivəsində ana və uşaq sağlamlığı və qidalanması sisteminin gücləndirilməsi ilə bağlı nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi həvalə edilmiş fəaliyyətlərə yekun vurulub.
Azərbaycanda doğuşayardım tibb müəssisələrində monitorinq aparılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi ilə UNICEF arasında imzalanmış birgə Fəaliyyət Planı çərçivəsində ana və uşaq sağlamlığı və qidalanması sisteminin gücləndirilməsi ilə bağlı nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi həvalə edilmiş fəaliyyətlərə yekun vurulub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, 2015-ci il yanvarın 1-dən Azərbaycanda yeni diridoğulma meyarlarının tətbiqinə başlanılıb. Yeni meyarlara keçidlə bağlı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Qubanın seçilmiş doğuşayardım tibb müəssisələrində monitorinq həyata keçirilib. Monitorinqin keçirilməsində məqsəd 2015-ci il ərzində yeni diridoğulma meyarlarının tətbiqi ilə ilkin nəticələrin təhlili, doğuşayardım tibb müəssisələrinin bu sahədə üzləşdikləri problemlər və çətinliklərin öyrənilməsi, onların yeni diridoğulma meyarlarına hazırlıq səviyyələrinin qiymətləndirilməsi olub.

Həmçinin Azərbaycanda anemiya və DDA problemi haqqında məlumat vermək, bu xəstəliyin profilaktikasında unun zənginləşdirilməsinin rolunu açıqlamaq və həlli yollarını göstərmək, DDA probleminin həllində unun zənginləşdirilməsi məsələsini yenidən ölkənin siyasi və ictimai gündəminə gətirmək məqsədilə "Unun zənginləşdirilməsinin dəmir defisitli anemiya (DDA) ilə mübarizədə əhəmiyyətli rolu" adlı məlumat paketi hazırlanıb. Məlumat paketi qərarverici müvafiq dövlət orqanlarının, səhiyyə idarəedici orqanlarının, elmi tədqiqat müəssisələrinin rəhbərləri və qida sənayesində çalışan sahibkarlar üçün nəzərdə tutulub. Gələcəkdə məlumat paketi metodik vəsait şəklində hazırlanaraq aidiyyəti müəssisələrə paylanılacaq.

Fəaliyyət Planı çərçivəsində məlumatlandırma, təlimatlandırma və maarifləndirmə tədbirləri vasitəsilə Azərbaycanda vaxtından əvvəl doğuşların (hamiləliyin 22-37 həftələrində baş verən doğuşların) azaldılması və hamiləliyin 22-37 həftələrində doğulan uşaqların ölüm hallarının azaldılması məqsədilə kommunikasiya tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti