...

Bronislav Komorovski: Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq məkanına çevrilib

Cəmiyyət Materials 10 Mart 2016 18:32 (UTC +04:00)
"Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq məkanına çevrilib".
Bronislav Komorovski: Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq məkanına çevrilib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq məkanına çevrilib. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Polşanın sabiq Prezidenti Bronislav Komorovski deyib.

O, qeyd edib ki, Azərbaycan dünya üçün zəruri olan mühüm işlər görür, eyni zamanda siyasi dialoq üçün mühüm məkana çevrilib: "Dialoq olmasa, dünyada bir anlaşılmazlıq olar. Azərbaycan bu istiqamətdə dünyaya mühüm tohfə verir. Bu, təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa, dünya üçün əhəmiyyətlidir".

B.Komorovskinin sözlərinə görə, Azərbaycan, eyni zamanda enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır və enerji resurslarının etibarlı mənbəyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti