...

İsa Həbibbəyli: Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması müzakirə edilmir

Cəmiyyət Materials 14 Mart 2016 12:36 (UTC +04:00)
Uşaq bağçalarının, bütövlükdə məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması məsələsi müzakirə edilmir və hazırda belə bir məsələ gündəlikdə yoxdur.
İsa Həbibbəyli: Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması müzakirə edilmir

Bakı. İlhamə İsabalayeva - Trend:

Uşaq bağçalarının, bütövlükdə məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması məsələsi müzakirə edilmir və hazırda belə bir məsələ gündəlikdə yoxdur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında məktəbəqədər təhsil sahəsinin idarə edilməsinin yenidən Təhsil Nazirliyinin səlahiyyətinə verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib: "Biz "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması anonsunu verər-verməz belə bir məsələ gündəmə gətirildi ki, uşaq bağçaları, bütövlükdə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılır. Belə bir məsələ yoxdur. Belə bir məsələdən söhbət gedə bilməz və indi bu məsələnin ortaya atılması da düzgün deyil. Heç kim deməyib ki, uşaq bağçaları Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılır. Bu, qanun predmeti deyil. Bunu ölkə prezidenti fərman və sərəncamları ilə müəyyən edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti