...

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçiriləcək

Cəmiyyət Materials 19 Mart 2016 14:21 (UTC +04:00)
Martın 20-də Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçiriləcək.

Bakı. Trend:

Ənənəyə uyğun olaraq Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 10:00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti