...

Nazir müşaviri: Peşə təhsili sistemində köklü dəyişikliklərə ehtiyac var

Cəmiyyət Materials 15 Aprel 2016 17:50 (UTC +04:00)
Azərbaycanda təhsil sistemində həyata keçirilən islahatlara uyğun olaraq, peşə təhsili sistemində də köklü dəyişikliklərə ehtiyac duyulur.
Nazir müşaviri: Peşə təhsili sistemində köklü dəyişikliklərə ehtiyac var

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda təhsil sistemində həyata keçirilən islahatlara uyğun olaraq, peşə təhsili sistemində də köklü dəyişikliklərə ehtiyac duyulur.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu 5 nömrəli Bakı Peşə Liseyində ilk peşə-ixtisas təhsili müəssisələrinin mövcud vəziyyəti və peşə təhsili sisteminin qarşısında duran vəzifələrə həsr olunmuş müşavirədə təhsil nazirinin müşaviri Famil Mustafayev deyib.

Müşavirədə son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində müəyyən işlərin görüldüyü, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulduğu vurğulanıb. Eyni zamanda bu sahədəki problemlər və onların həlli üçün həyata keçirilməsi zəruri olan tədbirlərə dair müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti