...

Qızılca və məxmərək yenidən Azərbaycanda qeydə alına bilər

Cəmiyyət Materials 22 Aprel 2016 13:12 (UTC +04:00)
Bu il Avropa regionunda 21 ölkədə qızılcanın, 20 ölkədə isə məxmərəyin eliminasiyasına (ləğvinə) nail olunub. Azərbaycanda isə hər iki xəstəliyin ləğvi qeydə alınıb.
Qızılca və məxmərək yenidən Azərbaycanda qeydə alına bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il Avropa regionunda 21 ölkədə qızılcanın, 20 ölkədə isə məxmərəyin eliminasiyasına (ləğvinə) nail olunub. Azərbaycanda isə hər iki xəstəliyin ləğvi qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova bu gün keçirilən tədbirdə deyib.

Hazırda dünyada Avropanın 3 regionunda məxmərək və qızılcanın ləğvinə nail olunmasının qarşıya məqsəd kimi qoyulduğunu deyən C.Süleymanova əlavə edib ki, dünyada qızılca və məxmərəyin ləğvinə nail olan ilk ölkə Amerika olub (2015-ci ildə).

C.Süleymanova qeyd edib ki, Avropa regionunda 18 ölkədə qızılca və məxmərəklə xəstələnmə baxımından vəziyyət endemik olaraq qalır: "Həmin ölkələr arasında Azərbaycana qonşu olan ölkələr - Rusiya, Gürcüstan, İran, Ermənistan da var. Orada hələ də virusların yayılması halları var. Bu da o deməkdir ki, xəstəliklər yenidən Azərbaycanda qeydə alına bilər. Ona görə də peyvəndləmə işləri bundan sonra da davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti