...

Kanadada Heydər Əliyevin doğum gününün 93-cü illiyi münasibətilə anım mərasimi təşkil edilib

Cəmiyyət Materials 9 May 2016 20:22 (UTC +04:00)
Mayın 6-da Kanadanın paytaxtı Ottava şəhərində Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum gününün 93 illiyi münasibətilə anım mərasimi təşkil edilmişdir.
Kanadada Heydər Əliyevin doğum gününün 93-cü illiyi münasibətilə anım mərasimi təşkil edilib

Bakı. Trend:

Mayın 6-da Kanadanın paytaxtı Ottava şəhərində Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum gününün 93 illiyi münasibətilə anım mərasimi təşkil edilmişdir.

Azərbaycanın Kanadadakı səfirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə Ottava şəhərində yaşayan Azərbaycan icmasının üzvləri və kanadalı qonaqlar iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Ramil Hüseynli ulu öndərin həyat və fəaliyyətindən, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasındakı rolundan, ölkəmizin nüfuzunun dünyada möhkəmlənməsi sahəsində müstəsna xidmətlərindən, xarici siyasətçilər arasında böyük hörmətindən söhbət açmışdır. Azərbaycanın bugünkü uğurlarından söhbət açan müvəqqəti işlər vəkili vurğulamışdır ki, əsası Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasət prinsipləri hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması sahəsinə xüsusi diqqət və qayğısı barədə də fikir mübadiləsi aparılmışdır.

Tədbir zamanı ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti