...

Yunanıstan nümayəndə heyəti Azərbaycana gəlib

Cəmiyyət Materials 18 May 2016 16:14 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəvəti ilə Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Yunanıstan nümayəndə heyəti Azərbaycana gəlib

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəvəti ilə Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

AHİK-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək, AHİK rəhbərliyi ilə görüşəcək, Azərbaycan Həmkarlar İttifaqlarının işi ilə tanış olacaq, eyni zamanda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiysında görüşlər keçirəcək, həmçinin "Qobustan" Etnoqrafik müzeyində, "İçərişəhər" Dövlət qoruğunda, Xalça və Tarix müzeylərində olacaqlar.

Yunanıstan nümayəndə heyətinin ölkəmizə səfəri mayın 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti