...

Metro stansiyalarında vətənpərvərliyi əks etdirən afişalar quraşdırılıb (FOTO)

Cəmiyyət Materials 23 May 2016 10:28 (UTC +04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında hərbi vətənpərvərliyin təbliğinə başlayıb.
Metro stansiyalarında vətənpərvərliyi əks etdirən  afişalar quraşdırılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında vətənpərvərliyin təbliğinə başlayıb. Bu barədə Trend-ə qurumun Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, bununla bağlı metro stansiyalarında vətənpərvərlik afişaları vurulub: "Artıq 6 stansiyada afişalar quraşdırılıb. Metronun "Koroğlu" stansiyasında vətənpərvərlik afişaları proyektorlarla yayımlanır, digər stansiyalarda isə afişa-banerlər yerləşdirilib. Banerlərdə işğal olunmuş Azərbaycan ərazilərinin adları və işğal tarixləri, "Torpaq, əgər uğrunda ölən varsa Vətəndir" şüarları qeyd edilib. Hələlik təbliğat banerləri metronun "Həzi Aslanov", "Xalqlar Dostluğu", "Əhmədli", "Koroğlu", "28 may" və "Sahil" stansiyalarında quraşdırılıb. Yaxın vaxtlarda digər stansiyalarda da bu afişaların yerləşdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti