...

ATƏT Parlament Assambleyası Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır

Cəmiyyət Materials 25 May 2016 21:38 (UTC +04:00)
ATƏT-in Cənubi Qafqaz üzrə Parlament Assambleyasının xüsusi nümayəndəsi Kristian Vigenin və ATƏT Parlament Assambleyasının Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İzabel Santos Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayırlar
ATƏT Parlament Assambleyası Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır

Trend-i buradan izləyin

Bakı. Trend:

ATƏT-in Cənubi Qafqaz üzrə Parlament Assambleyasının xüsusi nümayəndəsi Kristian Vigenin və ATƏT Parlament Assambleyasının Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İzabel Santos Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayırlar.

Bu barədə Trend təşkilatın saytına istinadən məlumat verir.

Qeyd edək ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilmişdi. Lakin Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlamışdı. X.İsmayılın vəkilləri həmin qərardan kasasiya şikayəti vermiş və jurnalistin azadlığa buraxılmasını istəmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti