...

Çarli Çaplin və gül satan qız "Parlaq Zəka"da (FOTO)

Cəmiyyət Materials 27 May 2016 13:22 (UTC +04:00)
"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib.
Çarli Çaplin və gül satan qız "Parlaq Zəka"da  (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib. Trend-in məlumatına görə, tamaşaçılar zəkaların "Çarli Çaplin" mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dillər Universitetinin tələbəsi Emil Əliyev , sarı yolda Bakı Dövlət Universitetinin tələbəsi Zümrüd Şirinova, yaşıl yolda isə Bakı Ali Neft Məktəbinin tələbəsi İnsafəli Səmədov mübarizə apardı. Bu qarşılaşmanın qalibi Zümrüd Şirinova olub.

Verilişin heyətindən bildiriblər: "Getdikcə finala daha da yaxınlaşırıq. Bunu verilişi izləyən zaman istər natiqlik qabiliyyəti, istər yolların seçimi, istərsə də elə oyun zamanı zəkaların sualları cavablandıran zaman keçirdiyi həyəcan və məsuliyyət hissindən anlamaq olar. Ancaq biz tamaşaçılara oyun həyəcanı ilə yanaşı verilişi maraqlı mövzu, səhnəcik və başbilənlərlə daha rəngarəng yolla da çatdırmaq niyyətindəyik. Bu həftə yayımlanan dahi aktyor Çarli Çaplinə həsr olunmuş verilişimizdə 1931-ci ildə rejissoru olduğu "Böyük şəhərin işıqları" filmindən bir səhnəni canlandırdıq. Səhnəciyin öhdəsindən Respublikanın Əməkdar artisti Salman Bayramov və mənim köməkçim Gülsarə Qasımova birgə gəldi. Ümid edirik, tamaşaçılar üçün maraqlı və yaddaqalan oldu".

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran kart təqdim edilir. İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edən I, II, III kurs tələbələri müraciət edə bilər.

İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti