...

Heroin alverçilərinin məhkəməsi başladı

Cəmiyyət Materials 13 İyun 2016 11:27 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Günel İsayeva, Arifə Məmmədova və İlqar Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Heroin alverçilərinin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Günel İsayeva, Arifə Məmmədova və İlqar Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası iyunun 20-ə təyin edilib.

İttihama görə, Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə Idarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər 4 dəfə məhkum olunmuş 1981-ci il təvəllüdlü İlqar Mehdiyevdən 4 bükümdə 0,74 qram heroin götürülüb.

Müəyyən edilib ki, ona narkotiki Bakı sakini 1980-cı il təvəllüdlü Günel İsayeva satıb. G.İsayeva da saxlanılıb və ondan 2 bükümdə 0,885 qram heroin götürülüb. G.İsayevaya isə heroini satanın 1965-ci il təvəllüdlü Arifə Məmmədova olması müəyyən edilib.

A.Məmmədova da tutularaq ondan 0,750 qram heroin götürülüb. Günel İsayevanın yaşadığı A.Şaiq küçəsində yerləşən evə baxış zamanı 3,022 qram heroin aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti