...

Məişət zorakılığının qurbanları ilə bağlı yeni təklif

Cəmiyyət Materials 12 İyul 2016 12:29 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məişət zorakılığının qurbanları üçün yeni mərkəzlərin yaradılmasını təklif edir.
Məişət zorakılığının qurbanları ilə bağlı yeni təklif

Bakı. İlhamə İsabalayeva - Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məişət zorakılığının qurbanları üçün yeni mərkəzlərin yaradılmasını təklif edir.

Trend-in məlumatına görə, bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 2016-2020-ci illər BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin imzalanması mərasimində çıxış edib.

Onun sözlərinə görə, məişət zorakılığına məruz qalan qadınların yalnız komitəyə və hüquq-mühafizə orqanlarına müraciət edilməsi ilə iş bitmir: "İmkan olmalıdır ki, onlar hansısa mərkəzlərə də müraciət etsinlər. Konkret olaraq, regionlarda belə mərkəzlər və orada "Qaynar xətt" olmalıdır ki, qadınlar vaxtında oraya müraciət edə bilsinlər. Onlar operativ formada dəstək almalıdırlar. İnkişaf bu yönümdə güclənsə, Azərbaycan bir çox ölkələr üçün nümunəvi ölkə olacaq".

H.Hüseynova qeyd edib ki, qadınların biznesə cəlbi, bir çox sahələrdə fəal olması onları çox sevindirir: "Bu imkan verir ki, qadınlar iqtisadi baxımdan daha çox inkişaf etsinlər və daha da sərbəst olsunlar. Bu inkişaf da məişət zorakılğı, qızların təhsildən yayınması, erkən nikahların olması kimi halların azalmasına təsir göstərir. Ona görə də bunlar bir-biri ilə çox sıx bağlı olan məsələlərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti