Bakı. Trend:
Roma Papasının portretinin hazırlanması azərbayanlı heykəltaraşa nəsib olub.
Trend-in məlumatına görə, azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Roma papası Fransiskin portretini hazırlayıb. Bunun üçün azərbaycanlı heykəltəraş Romaya dəvət edilib.
Xüsusi materialdan hazırlanan portret sonra Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyində Roma Papasının Mədəniyyət məsələləri üzrə nümayəndəsi Monsignor Sancez de Toca Alameyde tərəfindən yüksək qiymətləndirilib və o, bunu yüksək sənət incisi adlandırıb.
Azərbaycanlı heykəltəraş Zeyalabdin İsgəndərov Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyinə ona göstərilən bu diqqətə görə, təşəkkürünü bildirib.
Qeyd edək ki, portret artıq Müqəddəs Roma Papasına təqdim olunub və onun tərəfindən yüksək qiymətləndirilib.