Qurban Yetirmişli: Zəlzələdən sonra elektrik enerjisi paylayıcılarının işi müvəqqəti dayandırıldı

Cəmiyyət Materials 2 Avqust 2016 13:17 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

"İmişlidə baş verən zəlzələ ilə bağlı nəinki neft kəmərinin, hətta elektrik enerjisi paylayıcılarının da işi müvəqqəti dayandırıldı".

Trend-in məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İmişlidə baş verən ilk təkan güclü olduğuna görə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq həm enerji, həm də neft kəmərinin nəqli dayandırıldı.

Q.Yetirmişli əlavə edib ki, İmşlidə dünən əsas təkandan sonra 7 zəlzələ qeydə alınıb ki, onun ikisi hiss olundu: "Hiss olunan zəlzələrin birinin maqnitudası 4.1, ikincinin maqnitudası isə 3.9 qeydə alınıb".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti