İstehsalatda bədbəxt hadisələr barədə məlumat verilməsi e-xidməti istifadəyə verilib (FOTO)

İstehsalatda bədbəxt hadisələr barədə məlumat verilməsi e-xidməti istifadəyə verilib (FOTO)

Bakı. Trend:

“İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidməti istifadəyə verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nazirliyin fəaliyyət sahələrinin geniş şəkildə avtomatlaşdırılması nəticəsində müvafiq sahələr üzrə əhaliyə elektron müstəvidə şəffaf xidmətlər şəbəkəsi formalaşıb. Bu istiqamətdə tədbirlərini davam etdirən nazirlik növbəti “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” elektron xidmətini işəgötürənlərin istifadəsinə təqdim edib.

Hər bir işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal, həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət strukturuna, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməyə borcludur.

Daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada Xidmət tərəfindən komissiya yaradılır, baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılır. “Elektron hökumət” portalı üzərindən təqdim olunan “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidməti istehsalatda baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlər tərəfindən məlumat verilməsi prosesinin elektron qaydada da həyata keçirilməsinə, bu sahədə  işəgötürənlərin imkanlarının genişlənməsinə şərait yaradır.

Yeni e-xidmət əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə, habelə "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilib. Həmçinin yeni e-xidmət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron imza sertifikatları verilmiş dövlət qurumları, hüquqi və fiziki şəxslər üzrə informasiya sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək.

İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumat vermək üçün müvafiq müəssisənin məsul şəxsi (istifadəçi) www.e-gov.az internet ünvanına daxil olduqdan və e-imza kartı (yaxud Mobil Autentifikasiya Sertifikatı) ilə autentifikasiyadan keçdikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidmətini seçir. Bu zaman işəgötürən haqqında məlumatlar sistem tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən olunur. İstifadəçi bədbəxt hadisənin baş verdiyi tarixi, saatı və ünvanı, hadisə haqqında qısa məlumatı, onun baş vermə şəraitini, zərərçəkənlər, habelə hadisə ilə bağlı məlumat verən şəxs barədə məlumatları daxil  edir. (Zərərçəkən işçilər barədə məlumatlar da qeyd edilən sistemlərə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən edilir.)    

İstifadəçi müraciəti təsdiq etdikdən sonra müraciət dərhal sistemdə qeydiyyata alınır. Bunun ardınca istifadəçiyə onun müraciətinin, yəni istehsalatda baş verən bədbəxt hadisə barədə məlumatların qeydiyyata alınmasına dair Bildiriş göndərilir və Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən komissiya yaradılaraq, həmin bədbəxt hadisənin təhqiqatının aparılmasına başlanılır.

Yeni e-xidmət iş yerlərində istehsalatla əlaqəli bədbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna məlumatın verilməsi prosedurunun elektron əsaslar üzərində təkmilləşməsinə, bu sahədə təhqiqat işinin operativ şəraitdə və müasir tələblərə uyğun təşkil edilməsinə yönəlib.

Qeyd edək ki, bununla  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali üçün aktual olan iş sahələri üzrə artıq 26 elektron xidməti vətəndaşların istifadəsindədir. Həmin e-xidmətlərə ictimai maraq getdikcə artır və hazırda “Elektron hökumət” portalının istifadəçi kontingentinin mühüm bir hissəsini məhz əmək və sosial müdafiə sistemi üzrə e-xidmətlərdən faydalananlar təşkil edir. 2016-cı ilin birinci yarımilində portalda e-xidmətlərindən ən çox istifadə olunan qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub.

Cari ilin iyul ayında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə statistikası artmaqda davam edib və ötən ay əhali nazirliyin e-xidmətlərindən  440 768 dəfə, cari ilin yanvar-iyul aylarında isə 3,6 milyon dəfəyə yaxın faydalanıb.


 

Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Yapon şirkətləri azad edilmiş ərazilərdə elektroenergetika üzrə bərpa işlərində  maraqlıdır - Səfir (FOTO)
Yapon şirkətləri azad edilmiş ərazilərdə elektroenergetika üzrə bərpa işlərində maraqlıdır - Səfir (FOTO)
Loading Bars
Xəbər lenti
Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bakıda güclü yanğın - Mebel və avtomobil sexləri, 1 ”Opel” yandı
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb (FOTO)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı
Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Dinc insanlar qətlə yetirildi - Fransa səfiri Qanlı Yanvardan yazıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir - Dmitri Panin
Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb (FOTO)
Vaksinlərdən sonra normal həyata nə zaman qayıdacağıq? - “Sahil Kərimli ilə Aktual”da mütəxəssislər sualları cavablandırıb (VİDEO)
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib (FOTO)
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Sabah da qar yağacaq, şaxta olacaq
Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı
Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib
Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar qurbanlarını yad edib: Bu, ölkədəki bütün xalqların acısıdır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)
Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı (FOTO/VİDEO)
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri (FOTO)
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan neftinin qiyməti 56 dolları keçib
Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi
Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini anıb
Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub - Səfirdən Bahçelinin fikirlərinə aydınlıq
Ən çox qar bu ərazilərə yağıb - Faktiki hava
Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib
Tramp son fərmanını imzaladı - Keçmiş məmurlar əfv olundu
Göyçayda keçmiş məhkumdan narkotik götürülüb (FOTO)
Azərbaycana yeni səfir təyin olunsa da, hələki vəzifəmi icra edirəm - Erkan Özoral
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər - Monitorinqin nəticələri açıqlandı
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Zəfər savaşından sonra bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev (VİDEO)
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq - Türkiyə səfirliyi
Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Almaniyada karantin 14 fevrala qədər uzadılır
Portuqaliyanın İqtisadiyyat naziri koronavirusa yoluxub
Almaniyada insan alveri ilə məşğul olan dəstə saxlanılıb
İsraildə karantin 31 yanvara qədər davam edəcək
Air France fevral və martda Rusiyadan Parisə bir sıra uçuşlar həyata keçirəcək
Liviyanın hərbi-dəniz məktəbində partlayış baş verib
Cəbhəboyu ərazilərdə iki gündə 129 ədəd mina aşkarlanıb - ANAMA (FOTO)
"Lester" "Çelsi"ni məğlub edərək Premyer Liqada birinci yerə yüksəldi
Almaniya Bundesliqası: "Bayer" "Borussiya"ya qalib gəldi
David Norkuist Pentaqon rəhbəri vəzifəsini icra etməyə başlayır
Trump yeni administrasiyanın gəlişini etiraf etdi
Pompeo Çinin uyğurlara qarşı siyasətini "soyqırım" adlandırıb
Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsindən istefa verib
İstədim ona deyim ki, mən də səni, qaqa. Amma gözlərim artıq bağlandı... Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..."
Lənkəranda üçmərtəbəli binada yanğın olub
Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - Qaydalar təsdiqləndi
Sorosun oyuncağı Paşinyan Ermənistanı bataqlıqdan çıxara bilmir - İqtisadiyyat çökür, etirazlar isə bitmir
2020-ci ildə qlobal sərnişin daşımaları kəskin azalıb
Bütün xəbərlər