...

Azərbaycanda bu il 300-ə yaxın gənc uroloji xəstəliklər üzrə müayinə olunub

Cəmiyyət Materials 7 Sentyabr 2016 12:46 (UTC +04:00)
2015-ci il ərzində 1684 nəfər, cari ilin 6 ayı ərzində isə 283 nəfər gənc uroloji xəstəliklər üzrə müayinə olunub.
Azərbaycanda bu il 300-ə yaxın gənc uroloji xəstəliklər üzrə müayinə olunub

Bakı. İlhamə İsabalayeva - Trend:

2015-ci il ərzində 1684 nəfər, cari ilin 6 ayı ərzində isə 283 nəfər gənc uroloji xəstəliklər üzrə müayinə olunub.

Trend-in məlumatına görə, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın Böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov deyib.

Hərbi xidmətə çağırılan 17-18 yaşlı gənclər arasında uroloji şikayətləri olanların Respublika Klinik Uroloji Xəstəxanasına göndərildiyini deyən Ş.Nəsirovun sözlərinə görə, ötən il hərbi xidmətə çağırılan 1 xəstədə böyük çatışmazlığı aşkar olunub. O, dializə yönləndirilib.

Respublika Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev isə çıxışında bildirib ki, ötən il hər iki böyrəyi imtina edən xəstələrin sayı 32 nəfər olub. Onlardan yalnız 1-də xəstəlik xroniki hala keçib. Digərləri isə əvvəlcədən sağlam olduqları üçün 6-7 seans hemodializ aldıqdan sonra normal həyatlarına qayıdıblar.

Xəbər lenti

Xəbər lenti