...

Məktəbəqədər təhsillə bağlı qanun layihəsi parlamentin payız sessiyasında müzakirə oluna bilər

Cəmiyyət Materials 9 Sentyabr 2016 16:12 (UTC +04:00)
Onun sözlərinə görə, layihənin ilkin variantı hazır olsa da, ona bəzi dəyişikliklərin edilməsi lazımdır.
Məktəbəqədər təhsillə bağlı qanun layihəsi parlamentin payız sessiyasında müzakirə oluna bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

"Yeni hazırlanan "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin yenidən formalaşdırılmasını noyabr ayına qədər yekunlaşdırsaq, onu Milli Məclisin payız sessiyasına müzakirə üçün təqdim edə bilərik".

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, layihənin ilkin variantı hazır olsa da, ona bəzi dəyişikliklərin edilməsi lazımdır.

Təhsil səviyyəsinin hər biri üzrə ayrı-ayrı qanun layihələrinin hazırlanmasını vacib sayan İ.Həbibbəyli qeyd edib ki, ilkin olaraq, "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi hazırlanıb. Sentyabr-oktyabr ayları ərzində "İlk peşə-ixtisas təhsili haqqında" qanun layihəsinin hazırlanması üçün işçi qrupunun yaradılması, noyabr-dekabr aylarında layihənin hazırlanması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti