...

Natiq Cəfərli azadlığa buraxılıb

Cəmiyyət Materials 9 Sentyabr 2016 20:17 (UTC +04:00)
Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli bu gun azadlığa buraxılıb.
Natiq Cəfərli azadlığa buraxılıb

Bakı. Samir Əli - Trend:

Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli bu gun azadlığa buraxılıb.

Bu barədə Trend-ə N.Cəfərlinin vəkili Cavad Cavadov məlumat verib. O, bildirib ki, bu gün Nəsimi rayon məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilmiş prosesdə Baş Prokurorluğun N.Cəfərli ilə bağlı təqdimatına baxılıb. Məhkəmə N.Cəfərli barədə həbs qərarını ləğv edib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, N.Cəfərli avqustun 12-də axşam saatlarında saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti