...

Buzovna çimərliyində iməclik keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Sentyabr 2016 14:29 (UTC +04:00)
Bu gün IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC Buzovna çimərliyi ərazisində könüllülərin iştirakı ilə növbəti təmizlik aksiyası təşkil edib.
Buzovna çimərliyində iməclik keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC Buzovna çimərliyi ərazisində könüllülərin iştirakı ilə növbəti təmizlik aksiyası təşkil edib. İməclikdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və səfirliyin nümayəndləri də iştirak edib.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də dəniz mövsümündən sonra sahillərdə müşahidə olunan çirklənməni nəzərə alaraq, IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC hər il Bakı çimərliklərində yüzlərlə gəncin iştirakı sosial aksiyalar təşkil edir.

“Sahillər təmiz qalsın!” şüarı altında keçirilən aksiyanın məqsədi sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən dəniz sahillərində təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsidir.

“Təmizlik həftəsi” ilə əlaqədar keçirilən tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçıların topladıqları tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC hər kəsi sahilyanı ərazilərlə yanaşı, ətraf mühitin qayğısına qalmağa, ekoloji problemlərə qarşı aparılan mübarizəyə öz töhfəsini verməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti