...

Bakıda bir neçə istiqamətdə "qarmoşkalı" avtobuslar istifadəyə verilə bilər

Cəmiyyət Materials 6 Oktyabr 2016 09:15 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda daha bir neçə istiqamətdə “qarmoşkalı” avtobus istifadəyə verilə bilər. Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, artıq 6 aydan çoxdur ki, bir ədəd bu tip avtobus 1 saylı marşrut xəttində istifadə olunur və marşrut xəttinin trayektoriyasına uyğundur.

Onun sözlərinə görə, gələcəkdə Bakıda bir neçə istiqamətdə bu cür iri tutumlu avtobuslar istifadəyə verilə bilər: “Təbii ki, dar küçələrdə, tıxac vaxtları bu avtobusların hərəkəti çətin olur, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Ona görə də hələ ki, bu avtobuslardan xəttə çox buraxmağı düşünmürük. Bəzi yollarda tikinti, genişləndirmə işləri aparılır. Hazırda tərəfimizdən şəhərin hansı hissəsində bu avtobusların digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmayacağı araşdırılır. Araşdırmalardan sonra gələcəkdə bir neçə istiqamətdə iri tutumlu avtobuslar xəttə buraxıla bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti